1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Ferrari" pilotu çempionluğa doğru
"Ferrari" pilotu Sebastyan Fettel Macarıstan Qran Prisinin qalibi olub. Sportnet.az-ın məlumatına görə, almaniyalı pilot 70 mərhələdən ibarət yürüşdə finişə 1 saat 39 dəqiqə 49,713 saniyəyə çatıb.
İkinci yeri 0,908 saniyə geri qalan onun finlandiyalı komanda yoldaşı Kimi Raykonen tutub. Üçüncü yerdə isə Raykonenin "Mercedes"də çıxış edən həmyerlisi Valtteri Bottas qərarlaşıb. O, liderə 12,462 saniyə uduzub.
Beləliklə, 11 Qran Pridən sonra xallarını 202-yə çatdıran Fettel liderliyini möhkəmləndirib. İkinci pillədə 188 xalla "Mercedes"in britaniyalı pilotu Luis Hemilton qərarlaşıb. Üçüncü yeri isə 169 xalla Bottas tutur. Növbəti mərhələ avqustun 27-də Belçikada keçiriləcək.