
Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev bu gün sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin edilsin".
Qeyd edək ki, İlham Mədətov nazirlikdə uzun müddətdir fəaliyyət göstərməklə bərabər müxtəli Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.