1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Formula 1: Yaponiya Qran Prisinin qalibi məlum oldu
"Formula 1" üzrə Yaponiya Qran Prisinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, "Mercedes" pilotu Lüis Hemilton yürüşün qalibi olub. 53 mərhələdən ibarət yürüşü britaniniyalı pilot 1 saat 27 dəqiqə 31,194 saniyəyə qət edib. Sonrakı iki yer "Red Bull" pilotları Maks Ferstappen və Daniel Rikkardoya qismət olub.
"Ferrari" pilotu Sebastyan Fettel isə yürüşü başa çatdıra bilməyib. Buna boliddəki texniki nasazlıq səbəb olub.
Bu qələbə sayəsində aktivinə daha 25 xal yazan Hemilton ən yaxın izləyicisi Fetteldən 59 xal aralanıb. Sona 4 mərhələ qalmış liderin 306, ikinci pillədəki rəqibinin 249 xalı var.
Növbəti Qran Pri 20-22 oktyabrda ABŞ-da keçiriləcək.