Ümumdünya Antidopinq Agentliyinin (WADA) büdcəsi artırılıb.
Sportnet.az xəbər verir ki, bununla bağlə qərar qurumun Təsisçilər Şurasının Bakıda keçirilən iclasında qəbul olunub. WADA-nın 2019-cu il üçün büdcəsi 34,67 milyon avro olacaq. Bu isə cari illə müqayisədə 8 faiz çoxdur.
Qeyd edək ki, WADA-nın büdcəsi Beynəlxalq Olimpiya Komitəsi və quruma üzv dövlətlərdən daxil olan vəsait hesabına formalaşır.