
Bu gün Beynəlxalq idman jurnalistləri günüdür.
Sportnet.az xəbər verir ki, 1995-ci ildən başlayaraq 2 iyul bayram kimi Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) təşəbbüsü ilə hər il qeyd edilir.
1924-cü ilİn bu günündə Fransanın paytaxtı Parisdə keçirilmiş beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində peşəkar təşkilat – Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının yaradılması barədə qərar qəbul edilib. AİPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar təşkil edir.
İdman jurnalistikası müasir cəmiyyətin həyatında böyük rol oynayır. Hazırda dünyanın 130 dövlətinin, o cümlədən Azərbaycanın Milli İdman Jurnalistləri Birlikləri Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının üzvüdürlər.