"Formula 1" üzrə Braziliya Qran-prisi zamanı "Ferrari" pilotları Şarl Lekler və Sebastyan Fettel arasında insident baş verib.
Sportnet.az AutoCity.az-a istinadən xəbər verir ki, 66-cı dövrədə iki pilotun iştirakı ilə qəza baş verib. Lekler Fetteli dördüncü yer uğrunda mübarizədə ötəndən sonra 32 yaşlı almaniyalı pilot mövqeyini qaytarmaq istəyib. Lakin o, ötməni düzgün etmədiyi üçün qəza baş verib. Nəticədə hər iki pilot mübarizəni dayandırıb.
Braziliya Qran-prisinin qalibi Avstriyanın “Red Bull” komandasının pilotu Maks Ferstappen olub. “Mercedes”in sürücüsü Lüis Hemilton isə çempionluğu erkən təmin edib.
2020-ci il Azərbaycan Qran-prisi 5 – 7 iyunda keçiriləcək.
The moment the race turned on its head ????#BrazilGP ???????? #F1 pic.twitter.com/Y77NrJMJ0g
— Formula 1 (@F1) 17 ноября 2019 г.