
Almaniya Qran-prisi "Formula 1" üzrə 2019-cu il mövsümünün ən yaxşısı seçilib.
Sportnet.az-ın məlumatına görə, bu, dünya çempionatının rəsmi saytında azarkeşlər arasında aparılmış sorğu nəticəsində müəyyənləşib. Rəyi soruşulanların 23 faizi Almaniya Qran-prisinə səs verib. Braziliya Qran-prisi 13 faiz səslə ikinci yeri tutub. Hərəyə 3 faiz səs yığan Avstriya və İtaliya Qran-priləri 3-4-cü yerləri bölüşüblər. 5-ci yerə isə 2 faiz səslə Böyük Britaniya Qran-prisi yiyələnib.
Azərbaycan Qran-prisinin nə qədər səs yığdığı və hansı yeri tutduğu məlum deyil.
Qeyd edək ki, ilk 3-lükdəki Qran-prilərin hamısında "Red Bull" pilotu Maks Ferstappen qalib olub.