"Bəzi hallarda məşqçilər dopinq-testin aparılmasına mane olurlar".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli bildirib.
O deyib ki, belə hallar yolverilməzdir. Hüseynli fitnes mərkəzlərində də antidopinq pozuntularının baş verdiyini əlavə edib. Qurumun direktoru məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunduğunu vurğulayıb.