“JW Marriott – Abşeron” otelində Azərbaycan Gənclər və İdman Nazirliyi (AGİN) və “Sportsman” jurnalının birgə təşkil etdiyi və 2019-ci ilin yekunlarına həsr olunan qala-gecə keçirilib.
Sportnet.az xəbər verir ki, 2004-cü ildən işıq üzü görən bu idman jurnalının AGİN-in dəstəyi ilə təsis etdiyi “Zəfər-2019” Beynəlxalq İdman Mükafatının təqdimetmə mərasimində 19 nominasiyada qaliblərin adları açıqlanıb.
1. İLİN İDMANÇISI - Ruslan Lunyov (güllə atıcısı)
2. İLİN QADIN İDMANÇISI – Mariya Stadnik (güləş)
3. İLİN ƏZMKAR İDMANÇISI – Kənan Pənahov (stolüstü tennis. yeniyetmələr arasında Avropanın gümüş medalçısı)
4. İLİN VETERAN İDMANÇISI – Süleyman Məmmədli (döyüş növləri)
5. İLİN MƏŞQÇİSİ – Aslan Ağayev (Mariya Stadnik və Cəbrayıl Həsənovun məşqçisi)
6. İLİN FEDERASİYASI – Azərbaycan Cüdo Federasiyası
7. İLİN İDMAN KOMPLEKSİ – Milli Gimnasitika Arenası
8. İLİN İDMAN VERİLİŞİ – İmza (CBC Sport)
9. İLİN İDMAN YARIŞI – Avropa Gənclər Olimpiya Festivalı Bakı 2019
10. İLİN İDMAN JURNALİSTİ – Ceyhun Əliyev (Sport24.az-ın baş redaktoru)
11. İLİN İDMAN PORTALI – Allsport.az
12. İLİN KƏŞFİ – Aydın Süleymanlı (şahmatçı, yeniyetmələr arasında dünya çempionu)
13. İLİN ƏDALƏTLİ PERSONASI – Xəzər İsayev (Milli Olimpiya Komitəsinin vitse-prezidenti)
14. İLİN İDMAN HAKİMİ – Cahangir Babayev (VKF Karate üzrə beynəlxalq dərəcəli hakim, Tokio Olimpiadasına namizəd)
15. İLİN İDMAN AVTOMOBILI – VOLVO XC90 PLUG-IN HYBRID R-DESIGN
16. Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə - Babək “Sirab” ASC
17. Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə - İlqar Paşazadə (MİR telekompaniyası)
18. Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə – Qulu İsgəndərov (İşi sanda federasiyasının vitse-prezidenti)
19. Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə - Mikayıl Cabbarov (Qılıncoynatma və Badminton Federasiyasının prezidenti)