İdman fotoqrafı Entoni Kausi koronavirusdan dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, "New York Post" nəşri ilə əməkdaşlıq edən Kausi 48 yaşında vəfat edib. O, son 25 ildə fotoqraflıqla məşğul olub. KİV işçisi özündən sonra iki azyaşlı övladını qoyub.
Qeyd edək ki, Entoni Kausi martın 22-dən koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədovun irlandiyalı Konor Makqreqorla UFC qarşılaşmasında qələbə fəndini lentə alıb. Həmin vaxt Nurməhəmmədov boğucu fəndlə qalib gəlib.