"Formula 1" rəhbərliyi dünya çempionatının iştirakçı komandalarına büdcələrinin ixtisara salınması üçün yekun təklif irəli sürüb.
Sportnet.az-ın məlumatına görə, büdcələrə 2021-ci ildə 145 milyon ABŞ dolları, 2022-ci ildə 140 milyon ABŞ dolları, 2023 - 2025-ci illərdə isə 135 milyon ABŞ dolları həcmində limit qoyulacaq. Yaxın günlərdə çempionat iştirakçıları təklifi öyrənəcək, sonra isə səsverməyə keçəcəklər.
Bundan başqa "Formula 1" rəsmiləri yeni sistemə tədricən keçməyi təklif ediblər. Zəif büdcəli komandalara aerodinamikanın böyük inkişafına keçid imkanı yaradılacaq. Ən güclü komandalar isə bu sferada iş imkanlarını ixtisara salacaqlar.
Qeyd edək ki, daha əvvəl "Ferrari" büdcə liminin ciddi azaldılmasına qarşı çıxıb.