CAR-da
timsah qolf oyunçusunu öldürüb. Sportnet.az-ın məlumatına görə, hadisə idmançının
matçdan sonra oyun sahəsinin yaxınlığındakı hovuza daha çox yaxınlaşdığı üçün
olub.
Faciəvi
hadisə CAR-ın ən böyük Milli parkı olan "Kryuger”in ərazisində yerləşən "Skukuz”
qolf meydançasında baş verib. Qolf oyunçusu Jak fan der Sandt oyundan sonra
parkın ərazisində yerləşən hovuza daha çox yaxışlaşdığı üçün timsah ona hücum
edib. 4 metr uzunluğundakı timsah suya yaxınlaşan 29 yaşlı qolfçunu tutaraq
suya salıb. Parkın əməkdaşları həyəcan təbili çalaraq hovuzda axtarış aparsalar
da, artıq gec olub.
Parkın ekoloqu Qanni Qovender qış yuxusundan ayılan timsahların yağışlı mövsümdə daha aktiv və aqressiv olduqlarını bildirib.