
Cari mövsüm "Formula 1" üzrə Almaniya Qran-prisi Nürburqrinq avtodromunda gerçəkləşəcək.
Sportnet.az yerli RTL-ə istinadən xəbər verir ki, yarış 9 - 11 oktyabrda olacaq. Daha əvvəl Hokkenhaymın yarışa ev sahibliyi edə bilməyəcəyi bəlli olub.
Almaniya Qran-prisindən sonra Portuqaliya (23 -25 oktyabr), daha sonra isə San Marinoda (30 oktyabr - 1 noyabr) Qran-priyə ev sahibliyi edəcək.
Qeyd edək ki, Nürburqrinqdə sonuncu yarış 2013-cu ildə keçirilib.