Dopinqdən istifadəyə görə cəzalandırılmış idmançıların medalları müvafiq federasiyaların özləri tərəfindən əllərindən alınacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.
O, federasiyaların cəzalı idmançıların medallarının yarışlarda növbəti yerləri tutanlara veriləcəyinə dair təminat aldıqlarını söyləyib.
Qeyd edək ki, AMADA daha əvvəl 7 idmançının dopinqdən istifadəyə görə medallarının əllərindən alındığını açıqlayıb.