1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-nın sabiq baş katibi fəxri ad aldı
Prezident İlham Əliyev idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sportnet.az-ın məlumatına görə, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" adına Maqomed Aliomarov, Vaqif Cəfərov, Musa Həsənov və Çingiz İsmayılov layiq görülüb.
Onlar Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətləri qarşılığında təltif olunublar. Aliomarov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, İsmayılov AFFA-nın sabiq baş katibidir.
Bundan əlavə, Akif Atakişiyev və Şəmsəddin Şahbazov "Əməkdar Müəllim" fəxri adı alıb. İdmanın inkişafında xidmətləri olan Rafiq Həsənov və Məmməd Useynova isə Prezidentin fərdi təqaüdü veriləcək.