
"Ferrari" pilotu Sebastyan Fettel "Formula 1" tarixində 10 ən sevimli avtomobilinin adlarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, almaniyalı sürücü siyahısında bütün dörd dünya çempionluğunu qazandığı "Redd Bull"u göstərməyib.
10. "Brabham" BT52B, 1983
9. "Mercedes" W196, 1954
8. "William" FW14, 1992
7. "McLaren" MP4/13, 1998
6. "Ferrari" 312T2, 1977
5. "Ferrari"" F2002, 2002
4. "Lotus" 72, 1970
3. "Brabham" BT46B,1978
2. "Ferrari" F2004, 2004
1. "McLaren" MP4/8, 1993
Qeyd edək ki, Sebastyan Fettel cari mövsümün sonunda "Ferrari"ni tərk edərək, "Racing Point"ə üz tutacaq. "Racing Point" isə növbəti dünya çempionatından öncə adını dəyişərək, "Aston Martin"ə çevriləcək və zavod komandası statusunu alacaq.