Misirli tennisçi Mustafa Hatem danışılmış oyunlar işi ilə əlaqədar iki il müddətinə diskvalifikasiya olunub.
Sportnet.az "Tennis Integrity Unit" (TIU) antikorrupsiya strukturunun rəsmi saytına istinadən bildirir ki, 26 yaşlı idmançı iki ittiham maddəsi ilə günahını boynuna alıb.
Bunlardan biri oyunları manipulyasiya etmə təklifləri haqqında təkliflər barədə məlumat verməməsidir.
Hatem 2022-ci ilin oktyabrınadək cəzalandırılıb. O, karyerası ərzində dünya reytinqində 1556-cı yerdən yuxarı qalxmayıb.