
Rusiyalı tennisçi Mariya Şarapova karyerasında ikinci dəfə "Roland Garros" turnirinin qalibi olub. Sportnet.az-ın məlumatına görə, Şarapova finalda rumıniyalı Simona Halepi çətinliklə yenib - 6:4, 6:7 (5:7), 6:4.
Rəqiblər kortda 3 saatdan çox keçiriblər. Karyerasında ilk dəfə finala yüksələn Halep təcrübəli Şaparova qarşısında həlledici məqamlarda buraxdığı səhvlər üzündən uduzub. Onun rəqibi isə 2 ildən sonra yenidən nüfuzlu turniri qələbə ilə başa vurub. O, ötən il finalda ABŞ təmsilçisi Serena Uilyamsa uduzmuşdu.
Qeyd edək ki, bu, seksual tennisçinin "Böyük dəbilqə" seriyalı turnirlərdə 5-ci qələbəsidir.