"Formula 1" üzrə Azərbaycan Qran-prisinin baş tutması üçün hər hansı problem olmayacaq.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva deyib.
O, Azərbaycandakı yarışı Türkiyə Qran-prisinin aqibəti gözləmir: "Türkiyə Qran-prisi yarışa az qalmış ləğv edilib. Biz isə demək olar ki, finişdəyik. Bakıdakı yarışın ləğvi və ya təxirə salınması gözlənilmir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.