1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
ŞOK! Federasiya "Bakı"nın suyunu kəsdi
Topaz Premyer Liqasının XIX turunda "Qəbələ" ilə ev oyunu zamanı "Bakı" klubunun təlim-məşq bazasının stadionunun su maşını ilə sulanmasının səbəbi müəyyənləşib. Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu, heç də klubun "Azərsu"ya borcunun olması ilə bağlı deyil.
Əksinə, hazırda bazanın kartında 12 min manatlıq su ehtiyatı var. İş ondadır ki, bazaya gələn su yaxınlıqdakı Azərbaycan Qolf Federasiyası tərəfindən kəsilib. Suyun açılmasına isə icazə verilmir. İndi "Bakı" rəhbərliyi ev oyunları zamanı "orijinal" üsula əl atır. Amma məsələ ondadır ki, klubun təlim-məşq bazasında yaxın günlərdə yığma komandalar səviyyəsində bir neçə oyun keçiriləcək. 19 yaşadək qızlardan ibarət yığmamız fevralın 6-da və 8-də Gürcüstanı qəbul edəcəksə, U-17 millimiz fevralın 17-də Rusiya ilə yoldaşlıq görüşü, martın 22-də 17 yaşadək futboçular arasında Avropa çempionatının elit-raundunun Xorvatiya - Portuqaliya qarşılaşmasının məşhz bu idman qurğusunda təşkili nəzərdə tutulub.
Məsələnin ciddiliyini nəzərə alan "Bakı" klubunun rəhbərliyi AFFA-ya məktub ünvanlamağı qərara alıb. Bu barədə Sportnet.az-a "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov açıqlama verib. Lakin o, problemlə əlaqədar geniş danışmaq istəməyib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu federasiyaya bu barədə müraciətin daxil olmadığını bildirib.
Azərbaycan Qolf Federasiyasından isə məsələdən məlumatsız olduqları deyilib.