İsveçrənin Sankt Moritz şəhərində 37-ci Qarüstü Polo üzrə Dünya kubokunda iştirak edən Azərbaycanın "Land of Fire" komandasının yarımfinaldakı rəqibi müəyyənləşib.
Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Sportnet.az-a verilən məlumata görə, Elçin Camallının rəhbərlik etdiyi kollektiv finala vəsiqə uğrunda yerli "Badrutt’s Pelas" klubu ilə qarşılaşacaq.
Bu raundun digər görüşündə isə "Klinika La Preri" və "Kasablanka" komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları bu gün keçiriləcək. "Land of Fire" klubunun oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.