Gənclər və idman naziri Fərid Qayıbov idman mediasının nümayəndələri ilə görüşüb.
Sportnet.az-ın məlumatına görə, toplantı "idman həftəsi" çərçivəsində baş tutub.
Milli Gimnastika Arenasında baş tutan tədbirdə 10 televiziya kanalı, 4 agentlik, 14 xəbər portalı və 2 qəzetdən ümumilikdə 33 media nümayəndəsi iştirak edib.
Nazir idman jurnalistikasının idman ictmaiyyətinin bir qolu olduğunu bildirib. O, medianın federasiyalarla əməkdaşlığı genişləndirməsinə ehtiyac olduğunu söyləyib.
Tədbirdə bu sahənin çətinlikləri və inkişaf yolları müzakirə edilib. Görüşdə jurnalistlər onları narahat edən məsələlər barədə danışıb və təkliflərini səsləndiriblər.