Şəfəq Hüseynli ÜADA-nın prezidenti Vitold Banka ilə antidopinqdə beynəlxalq vəziyyəti və irəlliləyişlərimüzakirə edib.
Sportnet.az xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) prezidenti Vitold Banka və Azərbaycan Milli AntidopinqAgentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli arasında görüş keçirilib.
ÜADA-nın Polşanın Varşava şəhərindəki prezident ofisində keçirilən görüşdə antidopinq sahəsində beynəlxalq irəliləyişlər müzakirə edib. AMADA-nındirektoru Şəfəq Hüseynli ölkəmizdə antidopinqsahəsindəki vəziyyət, baş verən yeniliklər, beynəlxalq çağırışlara uyğun olaraq həyata keçirilən yeni innovativüsulların, süni intellektin tətbiqi ilə bağlı layihələr barədə məlumat verib.
ÜADA-nın prezidenti Vitold Banka qeyd edib ki, Azərbaycanın yerli və beynəlxalq müstəvidə dopinqləmübarizəyə verdiyi töhfəsi və gördüyü işlər təqdirəlayiqdir və AMADA ÜADA-nın etibarlı tərəfdaşlarından biridir.
Görüşdə həmçinin Ş. Hüseynlinin sədrlik etdiyi Avropa Şurasının Antidopinqdə Gender Bərabərliyi Komitəsinin (GECA) gördüyü işlər və onun antidopinq sahəsində gender bərabərliyinin təmin edilməsi üzrə beynəlxalq layihəsi müzakirə olunub.