Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən çövkən üzrə dünya çempionatına start verilib.
Sportnet.az xəbər verir ki, Binə Atçılıq Mərkəzində reallaşan yarışın açılış oyununda Azərbaycan və Qazaxıstan komandaları üz-üzə gəliblər.
Matç Azərbaycan millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər qarşılaşması isə Mərakeş və Küveyt kollektivləri arasında olacaq.
Qeyd edək ki, 10 ölkənin komandasının iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.