Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsinin qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "Prema Racing” komandasının pilotu Şarl Lekler 1:54.025 göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Nik De Vries (Niderland, Rapax) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə finiş xəttini üçüncü sırada keçib.
Qeyd edək ki, Formula 2 yarışının 21 dövrədən ibarət olacaq VIII mərhələləsi iyunun 25-də keçiriləcək və saat 14:00-da başlayacaq.