
Formula 1 üzrə Azərbaycan Qran Prisinin sıralama turu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Mercedes" komandasının pilotu Luis Hemilton birinci olub. Valtteri Bottas (Mercedes) ikinci, Kimi Raykkonen (Ferrari) isə üçüncü yeri tutub.
Qeyd edək ki, iyunun 25-də keçiriləcək Azərbaycan Qran Prisinin həlledici mərhələsi saat 17:00-da start götürəcək.