"Sponsorluq danışıqlarını davam etdiririk. Qarşıdakı iki ay ərzində hər şey dəqiqləşəcək".
Sportnet.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim "Formual 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisinə hazırlıq haqqında danışarkən deyib.
O, qarşıdakı Qran-pridə əsas hədəflərinin tamaşaçı sayını artırmaq olduğunu bildirib: "Hələlik Azərbaycandan bilet alışı çox deyil. Bu günə kimi biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb. Məqsədimiz isə azarkeş sayını, xüsusilə də turistlərin sayını artırmaqdır. Çünki onların Azərbaycana axını ölkəyə gəlir gətirəcək. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Əgər ötən il baş tutan Qran-priyə 80 ölkədən qonaq gəlmişdisə, bu dəfə daha çox olacağına inanırıq".
Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Qran-prisi iyunun 5-7-də keçiriləcək