"Formula 1"də çıxış edən "Williams"ın təsisçisi Frenk Uilyamsın qızı Kler Uilyams komandanın rəhbəri postunu tərk edib.
Sportnet.az-ın təşkilatın rəsmi saytına istinadən məlumatına görə, K.Uilyams son illər atasının müavini postunu formal tutsa da, komandanın rəhbəri funksiyasını yerinə yetirib. Xanım rəhbər üçün bu vəzifədə son yarış həftəsonu keçiriləcək İtaliya Qran-prisi olacaq.
Qeyd edək ki, ötən həftə "Williams"ın ABŞ-ın "Dorilton Capital" investisiya fonduna satıldığını açıqlayıb.