
"Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci sprint yarışı başa çatıb.
Sportnet.az-ın məlumatına görə, "Hitech Grand Prix" komandasının pilotu Yuri Vips bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
"Charouz Racing System"dən Devid Bekman ikinci, "Carlin"dən Cehan Daruvala üçüncü yeri tutub.
Günün birinci yarısında baş tutan ilk sprint yarışının qalibi isə "Prema Racing"in sürücüsü Robert Şvartsman olub.
Ümumilikdə 6 pilot qəza səbəbindən yarışa sonadək davam edə bilməyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.