Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.
Sportnet.az-ın məlumatına görə, "MP Motorsport" komandasında çıxış edən Klement Novalakın bolidi sərbəst yürüş zamanı qoruyucu səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.