İranın kamandan oxatma üzrə milli komandasının üzvü Parmida Qasemi idman rəsmilərinin önündə çarşabını çıxarıb.
Sportnet.az-ın məlumatına görə, atlet İranın paytaxtı Tehrandakı Fars Körfəzi Kubokunun mükafatlandırma mərasimində bu addımı atıb.
Qeyd edək ki, daha əvvəl alpinist Elnaz Rekabi Cənubi Koreyanın paytaxtı Seuldakı yarışda baş örtüyü olmadan yarışıb. Konkisürən Niloufar Mərdani isə Türkiyənin İstanbul şəhərindəki yarışın mükafatlandırma mərasimində eyni addımı atıb.