
Bir müddət əvvəl Ayaz Mehdiyev və Elnur Abdulovla müqavilə imzalamış "Sumqayıt" indi də Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə ilə güclənib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
O, "Sumqayıt"da 24 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Amit Quluzadə karyerası ərzində "Neftçi", "Kayseri Erciyesspor", "Rəvan", "Qəbələ" və Portuqaliyanın "Atletiko" CP klublarının şərəfini qoruyub.