
Şüvüllə tullanma üzrə rusiyalı ikiqat olimpiya çempionu Yelena İsinbayeva övlad dünyaya gətirdikdən yarım il sonra ərə gedib. Sportnet.az-ın məlumatına görə, məşhur idmançı ilə atlet Nikita Petinov ailə qurub.
Toy mərasimi İsinbayevanın doğulduğu Volqoqrad şəhərində baş tutub. O, iyunun 28-də ana olub. 32 yaşlı idmançı Yeva adlı qız dünyaya gətirib. Uşağın atası nizə atma üzrə idman ustası Nikita Petinov olub. Petinov İsinbayevadan 8 yaş kiçikdir.
Qeyd edək ki, Yelena İsinbayeva 2004-cü il Afina Yay Olimpiya Oyunlarında və 2008-ci il Pekin olimpiadasında qızıl medal qazanıb. O, həmçinin 7 qat dünya və 2 qat Avropa çempionudur.


