1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"in sabiq baş məşqçisi haqda şok ittihamlar
Ukrayna Futbol Federasiyasının sabiq prezidenti Anatoli Konkov ciddi ittihamlarla üzləşib. Bakı "İnter”inin keçmiş baş məşqçisi Odessa vilayətinin Futzal Federasiyasına qanunsuz seçkilərə göz yummaqda ittiham olunur.
Mandat Komissiyasının ovaxtkı sədri Vladimir Kopyak seçkilər zamanı hesablamaların düzgün aparılmadığı ilə bağlı Konkova 3 dəfə ərizə ilə müraciət edərək, məsələnin məğzini izah edib:
"Seçki Konfransında 107 nəfərin səsvermə hüququ olub. Nizamnaməyə əsasən namizəd 50 faizdən artıq səs toplayırsa seçkidə qalib gəlir. Sergey Vladıko gizli səsvermə nəticəsində 52 səs toplayıb. Onun seçkilərdə qalib elan olunması üçün sonradan seçicilərin sayının 103 olduğunu qeyd ediblər. Mənim imzamı da saxtalaşdırıblar. Lakin Konkov bütün şikayətlərimə göz yumub”.