Belçikalı cüdo ulduzu Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirinin iştirakçıları siyahısından çıxıb.
Sportnet.az xəbər verir ki, söhbət 2021-ci il dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Mattias Kassedən (81 kq) gedir.
O, ilkin heyətdə yer alıb və reytinqə görə yarışın ən güclü idmançıları siyahısına başçılıq edib.
Əvvəlcə heyətə daxul edilən yeddi belçikalı cüdoçunun əvəzinə Bakıya onlardan dördü gələcək. Həmin idmançılar arasında dünya çempionatlarının ikiqat mükafatçısı Toma Nikiforov (+100 kq) da var.
Qeyd edək ki, yarış fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.