
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev bu gün UFC 313 turnirində amerikalı Castin Qeyci ilə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, üç raund davam edən döyüşü hakimlərin qərarı ilə Qeyci qazanıb. Bu qələbə amerikalı üçün UFC-də 27-ci, Fiziyev üzərində isə 2-ci olub.
Qeyd edək ki, Rafael Fiziyevlə Castin Qeyci ilk dəfə 2023-cü ilin martında üzləşiblər.