
Azərbaycan karateçiləri Çinin Hanjou şəhərində keçirilən "Karate1 Premiyer Liqa" turnirində 2 medal əldə ediblər.
Sportnet.az xəbər verir ki, 67 kq-da Nuran Rzazadə və 75 kq-da Fərid Ağayev yarışda 3-cü yeri tutublar.
Yığmamız turnirdə baş məşqçi Şahin Atamovun rəhbərliyi altında iştirak edib.