
Azərbaycanın gənc cüdoçulardan ibarət yığmasının 15 üzvü Almaniyanın Bremen şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Sportnet.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Toplanış qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, martın 24-də startı verilən hazırlıq prosesi üç gün davam edəcək.