
Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında taekvondoçularımız ümumumilikdə 19 medal qazanıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi Onlardan 10 qızıl, 3 gümüş 3 bürünc döyüş, 3 qızıl isə pumse üzrə qazanılıb.
Qızlar arasında üçlük kateqoriyasında Fidan Qəhrəmanov, Ayan Məmmədzadə, Gülnar Kərimova, oğlanlar arasında üçlük kateqoriyasında isə Həmid qədir Məmmədzadə, Anil Abdulov, Orxan Ağazadə çempion adını qazanıblar.
Qeyd edək ki, bununla da Azərbaycan millisinin heyətində medal sayı 53-ə yüksəlib.