
İstanbulda cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.
Sportnet.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançıları 3 medal qazanıb.
Nizami İmranov (66 kq) bütün rəqiblərini məğlub edərək, Avropa Kubokunun qalibi olub. O, finalda Özbəkistan idmançısını məğlub edib.
Nihad Məmişov və Fərid Qarayev (hər ikisi 60 kq) bürünc medala sahib çıxıblar.
Yada salaq ki, yarışda Azərbaycan 38 cüdoçu ilə təmsil olunur.