
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Avropa çempionatında mübarizə aparan veteran cüdoçularla görüşüb.
Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, diplomat qazanılan nailiyyət münasibətilə ilə idmançıları təbrik edib. O, Azərbaycan təmsilçilərinə gələcək yarışlarda uğurlar arzulayıb.
Xatırladaq ki, Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri 5 qızıl və 2 bürünc medal qazanıb.