
İyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək cüdo üzrə dünya çempionatında fərdi və komanda yarışlarının püşkü atılıb.
Sportnet.az xəbər verir ki, püşk nəticəsində Azərbaycan təmsilçilərinin fərdi mübarizədə ilk rəqibləri müəyyənləşib.
Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) təmsil edəcək.
Qarışıq komanda yarışında isə mübarizəyə 1/8 final mərhələsindən başlayacaq yığmanın ilk rəqibi Almaniya olacaq.
Yarış iyunun 13-də Bakı vaxtı ilə saat 13:30-da başlayacaq. Dünya çempionatının təsnifat mərhələsinin görüşləri canlı olaraq judotv.com saytında, final bloku isə 20:00-dan etibarən İdman TV telekanalında canlı yayımlanacaq:
60 kq
1/16 final. Əhməd Yusifov - Ryuju Naqayama (Yaponiya)
66 kq
1/32 final. Ruslan Paşayev - Ronald Lima (Braziliya)
73 kq
1/16 final. Hidayət Heydərov - Otari Kvantidze (Portuqaliya)
1/16 final. Rəşid Məhəmmədəliyev - Kazbek Naquşev (BƏƏ) / Covanni Esposito (İtaliya) cütünün qalibi
81 kq
1/16 final. Zelim Tçkayev - Pavel Drjimal (Polşa) / Jianqnan Vanq (Çin) cütünün qalibi
90 kq
1/16 final. Elcan Hacıyev - Nurbek Murtozoyev (Özbəkistan) / Remi Föyye (Mavrikiya) cütünün qalibi
1/32 final. Vüqar Talıbov - Luka Maisuradze (Gürcüstan)
100 kq
1/16 final. Zelim Kotsoyev - Jared Kosse (ABŞ) / Cennaro Pirelli (İtaliya) cütünün qalibi
+100 kq
1/32 final. Uşangi Kokauri - İqor Vraçar (Serbiya)
Qadınlar
48 kq
1/32 final. Könül Əliyeva - Maria Selia Laborde (ABŞ)
1/32 final. Leyla Əliyeva - Kurbanay Kurbanova (Türkmənistan)
52 kq
1/32 final. Gültac Məmmədəliyeva - Sofia Asvesta (Kipr)
57 kq
1/16 final. Fidan Əlizadə - Marika Perişiç (Serbiya).