
Bakıda keçiriləcək UFC turnirinin maraqla gözlənilən döyüşlərindən biri İrina Alekseyeva və Klaudiya Siqula arasında olacaq.
Sportnet.az xəbər verir ki, rusiyalı Alekseyeva indiyədək keçirdiyi 7 görüşün 5-də qalib gəlməyi bacarıb.
Polşalı Siqulanın isə nəticəsi 6 qələbə və 2 məğlubiyyətdən ibarətdir.
34 yaşlı Alekseyevanın boyu 173 sm, qolunun uzunluğu 168 sm-dir. Rusiya təmsilçisi 2023-cü ildə keçirdiyi son döyüşündə britaniyalı Melissa Mullinsə uduzub.
26 yaşlı Siqula 173 sm boya və 175 sm qol uzunluğuna malikdir. Polşa idmançısı da son döyüşünü məhz Mullinsə qarşı keçirib və texniki nokautla məğlub olub.
Qeyd edək ki, Bakı Kristal Zalında təşkil olunacaq UFC turniri iyunun 21-də keçiriləcək.