
Qadın boksçulardan ibarət Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışına start verib.
Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında böyüklərdən və gənclərdən ibarət 10 idmançı Kastamonuda hazırlıq keçir.
Ağayev toplanışa Anaxanım İsmayılova, Banuçiçək Nəsirli (hər ikisi 48 kq), Marjona Savriyeva, Cəmilə Sultanlı (hər ikisi 51 kq), Zeynəb Rəhimova, Aysu Mikayılova, Nərgiz Zeynalova (hər üçü 54 kq), Aynur Mikayılova (57 kq) Özləm Həsənova və Emili Rzayevanı (hər ikisi 65 kq) cəlb edib.
Məşqlərdə Türkiyə, Özbəkistan və Gürcüstan boksçuları da iştirak edirlər.
Qeyd edək ki, toplanış iyunun 27-də başa çatacaq.