
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatında bu gün qarışıq komanda yarışına start verilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi mübarizəyə 1/8 final mərhələsindən başlayıb.
Yığma Almaniya seçməsinə məğlub olub - 1:4.
Millinin heyətində yeganə qələbəni Zelim Kotsoyev (90 kq) qazanıb. O, Erik Abramovdan güclü olub.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 3 bürünc medalla 93 ölkə arasında 14-cü pillədə başa vurublar. Həmin medalları Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq) qazanıb. Uşangi Kokauri (+100 kq) 5-ci, Rəşid Məmmədəliyev (73 kq) 7-ci yeri tutub.