
"Bakıda keçirilən "UFC Döyüş Gecəsi" mənim xoşuma gəldi. İnsanların niyə şikayət etdiyini bilmirəm. Yaxşı, bərabər döyüşlər oldu".
Sportnet.az xəbər verir ki, bunu UFC döyüşçüsü Vyaçeslav Borşev "Sport24.ru" saytına müsahibəsində deyib.
Rusiyalı idmançı Azərbaycan təmsilçisi Nazim Sadıxovun döyüşünü bəyəndiyini söyləyib: "O, yaxşı döyüşdü. Nazimlə çoxdan dostuq. Onu həm insan, həm də döyüşçü kimi bəyənirəm. Bütün qəlbimlə Nazimin yanındayam".
Borşev azərbaycanlı Tofiq Musayevlə qırğız Mıktıbek Orolbayın döyüşünü izləməkdə mənəvi çətinlik çəkdiyini bildirib: "Mıktıbeklə yaxşı münasibətim var, amma Tofiq də mənim üçün az qala ailə üzvü kimidir. Onların döyüşü izləmək mənə mənəvi cəhəddən çətin gəldi".
Qeyd edək ki, Vyaçeslav Borşev iyunun 29-da ABŞ-də təşkil olunacaq UFC 317 turnirində Makkinni Torrenslə üz-üzə gələcək. İyunun 21-də Bakıda keçirilən "UFC Döyüş Gecəsi"ndə Tofiq Musayev Mıktıbek Oralbaya ağrıdıcı fənddən sonra təslim olub, Nazim Sadıxov isə Nikolas Mottanı nokaut edib (Teleqraf).