
Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunun üçüncü günündə Azərbaycan millisinin daha bir boksçusu mərhələ adlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet-az verilən məlumata görə, 1/4 finalda Sübhan Mamedov (50 kq) Samet Gümüşlə (Türkiyə) qarşılaşmalı olsa da, rəqib döyüşə gəlməyib. Nəticədə azərbaycanlı boksçu yarımfinala vəsiqə qazanıb. O, bununla özü üçün ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, 30 ölkədən 300-dək boksçunun qatıldığı Dünya kubokunda 1/4 final mərhələsinin döyüşləri davam edir.