Fransanın Strasburq şəhərində keçirilən,yeniyetmələr arasında 6-cı Avropa birinciliyin ilk günü Azərbaycan taekvondoçuları üçün uğurlu alınıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Səbuhi Zülfüqarovun komandası bir dəst medala sahib olub.
Milli üzvlərindən 37 kq çəki dərəcəsində mübarizəyə qatılan Bəhruz Quluzadə qızıl, Sevda Pirseyidova (37 kq) gümüş, Ziya Xəlilov (41 kq) isə bürünc medal qazanıb.