
Bakıda keçirilən "UFC Döyüş Gecəsi"ndə Körtis Bleydsə məğlub olan Rizvan Kuniyev revanş döyüşünün təşkil olunmasını istəyir.
Sportnet.az xəbər verir ki, bu barədə ağır çəki dərəcəsində mübarizə aparan dağıstanlı idmançı sosial şəbəkə hesabında yazıb.
"Körtislə döyüşümüz barədə çox danışıldı. Maraqlı bir fikrimiz var, çünki ikimiz də özümüzü qalib hesab edirik. Zədələrə görə heç birimiz 100% hazır deyildik, ona görə də qarşıdurmamıza yenidən icazə verilməlidir.
Oktyabrda komanda yoldaşım Maqomed Ankalayevin döyüşü olacaq, mən də ona kömək edəcəyəm. Körtis də oktyabrda qayıtmaq istədiyini bildirib. Mən hazır olacam, revanş döyüşü keçirilsə, əla olardı. Söz verirəm ki, bu dəfə onu nokaut edəcəm”, - deyə Kuniyev vurğulayıb.
Qeyd edək ki, Körtis Bleyds iyunun 21-də Bakı Kristal Zalında təşkil olunan döyüşdə hakimlərin qərarı ilə qələbə qazanıb.