
Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatının üçüncü yarış günü davam edir.
Sportnet.az xəbər verir ki, bu gün Azərbaycan millisinin 4 idmançısı tatami üzərinə çıxacaq.
Oğlanlar:
- 90 kq, 1/16 final – Aslan Kotsoyev (Azərbaycan) – Levente Kiss (Macarıstan)
- 100 kq, 1/16 final – Davud Namazlı (Azərbaycan) – İvan Titinkin (IJF)
- 100 kq, 1/8 final – Ramazan Əhmədov (Azərbaycan) – Yannis Antoniu (Kipr)
Qızlar:
- 78 kq, 1/8 final – Nigar Süleymanova (Azərbaycan) – Emma-Melis Aktaş (Estoniya)
Təsnifat görüşləri saat 12:30-da, final mərhələsi isə 17:30-da start götürəcək.